AMİP və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi arasında görüş olub

AMİP və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi arasında görüş olub
# 25 avqust 2015 11:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, görüş zamanı əsasən Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət, eləcə də AMİP-in seçkilərdə iştirakı müzakirə olunub. Görüşdə Azərbaycanın Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu istiqamətində də fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR