Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq
# 07 sentyabr 2017 10:42 (UTC +04:00)

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 25-28° isti,
Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR