Gürcüstan hökuməti yeni sülh təşəbbüsü ilə çıxış edib

Gürcüstan hökuməti yeni sülh təşəbbüsü ilə çıxış edib
# 04 aprel 2018 09:59 (UTC +04:00)

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumət iclasında yeni “Uğurlu gələcəyə addım” adlı sülh təşəbbüsünü təqdim edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir təşəbbüsü ölkənin sülh və sabit inkişafı istiqamətində alternativi olmayan addım adlandırıb.

G. Kvirikaşvili bildirib ki, Gürcüstan hökuməti barışıq siyasəti çərçivəsində konkret addımlar atır: “Bu addımların məqsədi Tsxinvali regionu və Abxaziyada yaşayan əhalinin sosial-iqtisadi və humanitar şəraitinin yaxşılaşdırılması, həmçinin ümumi maraqlara əsaslanan münasibətlər və əlaqələrin təşviqidir”.

Baş nazirin sözlərinə görə, sülh təşəbbüsləri üçün qanunvericiliyə düzəlişlər paketi üç əsas istiqaməti nəzərdə tutur: “Birinci istiqamət bölücü xətt üzrə ticarətin genişləndirilməsidir. İkinci və üçüncü istiqamətlər isə əlavə keyfiyyətli təhsilə yiyələnmənin asanlaşdırılması və ölkənin inkişafı nəticəsində əldə olunmuş rifah və faydalardan yararlanmaq üçün mexanizmlərin yaradılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR