"Soyqırım həqiqətləri" kitabının təqdimat mərasimi keçirilib

"Soyqırım həqiqətləri" kitabının təqdimat mərasimi keçirilib
# 17 aprel 2017 10:20 (UTC +04:00)

Qafqazşünasların Birinci Beynəlxalq Forumunda rus və ingilis dillərində məqalələrin toplandığı "Soyqırım həqiqətləri" kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitab AMEA prezidentinin sərəncamına əsasən yaradılmış "Azərbaycanlılara qarşı soyqırım tədqiqatları komissiyası"nın və AMEA Qafqazşünaslıq İnstitutunun təşəbbüsü ilə çap olunub.

Kitabda Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsrail, Gürcüstan və Özbəkistan alimlərinin erməni terror təşkilatlarının, daşnak Ermənistanının, indiki Ermənistanın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımılardan bəhs edən rus və ingilis dillərində məqalələri toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR