İŞİD Mosulun 30-dan çox sakinini edam edib

İŞİD Mosulun 30-dan çox sakinini edam edib
# 04 aprel 2017 18:26 (UTC +04:00)

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 30-dan çox sakini edam ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri nəzarətdə saxladıqları əraziləri tərk etmək cəhdində ittiham ediblər.

Məlumata görə, edam olunanların hamısı kişidir.

Şahidlərin sözlərinə görə, terrorçular sakinləri qorxutmaq məqsədi ilə öldürülən şəxslərin meyitlərini küçələrə atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR