MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 11 sentyabr 2017 16:40 (UTC +04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev sentyabrın 12-də Moskvaya səfər edəcəklər. MM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, deputatlar “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub. Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi, regiondakı mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, habelə mədəniyyət, təhsillə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər sentyabrın 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR