Rusiyada prezident seçkilərində səsvermə başlayıb

Rusiyada prezident seçkilərində səsvermə başlayıb
# 17 mart 2018 22:49 (UTC +04:00)

Rusiyada prezident seçkilərində səsvermə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə prosesi, ilk olaraq, Çukot muxtar dairəsindəki seçki məntəqələrində başlayıb. Səsvermə 8.00-dan 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

109 ölkədən 1500-dək xarici müşahidəçi səsvermə prosesini izləyir.

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR