Azərbaycan fond bazarında brokerlərin iyun ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin iyun ayı üçün renkinqi
# 12 iyul 2018 08:35 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 3 mlrd. 708 mln. 221,061 min manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 2 mlrd. 878 mln. 767,494 min manat olan broker xidmətləri göstərmiş "Unicapital İnvestisiya Şirkəti" ASC tutub.

Renkinqdə üçüncü yerdə 2 mlrd. 589 mln. 297,593 min manat olan broker xidmətləri göstərmiş "İnvest-Az İnvestisiya Şirkəti" QSC”, dördüncü yerdə 2 mld. 574 mln. 781,510 min manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 822 mln. 104,106 min manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, altıncı yerdə isə 322 mln. 783,952 min manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR