Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqinə başlanılır

Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqinə başlanılır
# 10 noyabr 2016 08:27 (UTC +04:00)

Bu gün Vergilər Nazirliyi “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib.

APA-Economics”in məlumatına görə, vergilər nazirinin müavini Namiq Əliyev deyib ki, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu hazırlanıb və istifadəyə verilib.

Onun sözlərinə görə, “Elektron cinayət işi” modulu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

“Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb. Müstəntiq və təhqiqatçılar modulun müvafiq bölmələrində (xanalarında) tələb olunan məlumatları doldurarkən, zəruri qeydlərini və əlavələrini də edə biləcəklər.

Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR