Tovuzda qadın kimyəvi maddədən zəhərlənib

Tovuzda qadın kimyəvi maddədən zəhərlənib
# 24 mart 2017 19:31 (UTC +04:00)

Tovuz rayon sakini ziyanvericilər əleyhinə işlədilən zəhərdən zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xatınlı kənd sakini, 1978-ci il təvəllüdlü Hicran Məmmədova zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın ziyanvericilər əleyhinə zəhər qarışıqlı yemi sahəyə səpdikdən sonra zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR