Vergilər Nazirliyi: Proqnoz tapşırığa tam əməl ediləcək

Vergilər Nazirliyi: Proqnoz tapşırığa tam əməl ediləcək
# 29 dekabr 2016 09:38 (UTC +04:00)

"Bu il Vergilər Nazirliyi proqnoz tapşırığa tam əməl edəcək". "APA-Economics" xəbər verir ki, bunu bu gün Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə bu il büdcəyə 7 mlrd. 5 milyon manat

vəsait toplanmalıdır: "Bu il vergi orqanlarının əməkdaşlarının gərgin əməyi nəticəsində proqnoz tapşırığa tam əməl olunacağına ümid edirik. Gələn il üçün Vergilər Nazirliyinin xətti ilə 7 milyard 510 milyon manat vəsait toplanmalıdır. Yəni, builki proqnozdan 500 milyon manat çox vəsait toplanacaq. Biz bu proqnoz tapşırığa da əməl etməyə çalışacağıq. Vergi Məcəlləsində dəyişikliklər büdcəni doldurmaq üçün nəzərdə tutulmayıb. Vergilər Məcəlləsində 8 maddə məhz güzəşt və azadolma ilə bağlıdır. Optimist olmaq lazımdır. İqtisadiyyatda müşahidə olunan çətinliklər yaxın 1-2 ildə tam aradan qaldırılacaq. Azərbaycanda sürətli inkişaf gözlənilir. Beynəlxalq təşkilatlar da bunu bəyan ediblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR