Ermənistanda nazir müavininin avtomobili qarət olunub

Ermənistanda nazir müavininin avtomobili qarət olunub
# 19 oktyabr 2017 09:15 (UTC +04:00)

Ermənistanda naməlum şəxslər diaspor nazirinin müavininin avtomobilini qarət ediblər.

APA-nın “Shamshyan.com”a istinadən verdiyi məlumata görə, soyğunçular İrəvanda oktyabrın 17-dən 18-ə keçən gecə nazir müavininin yaşadığı evin həyətində saxladığı avtomobilinin şüşəsini sındırıb, avtomobildə olan 220 min dram (təxminən 500 dollar) pulu oğurlayıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR