Bakının Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.
APA xəbər verir ki, hadisə E.Süleymanov küçəsində baş verib.
1986-cı il təvəllüdlü C.M (ad şərtidir) yaralı halda 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.