NBC: Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq

NBC: Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq
# 12 oktyabr 2017 02:47 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı Ağ Ev administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Tramp İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcək. Nəşrə görə, bu, nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR