Ötən il Azərbaycanda beynəlxalq avtomobil daşımalarına görə 2,2 mln. manat dövlət rüsumu ödənilib

Ötən il Azərbaycanda beynəlxalq avtomobil daşımalarına görə 2,2 mln. manat dövlət rüsumu ödənilib
# 07 mart 2018 08:15 (UTC +04:00)

Ötən il Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtomobil daşıyıcılarına verilən "İcazə" blankının sayı və bunun nəticəsində dövlət büdcəsinə ödənilən dövlət rüsumunun məbləği açıqlanıb.

"APA-Economics"in məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2017-ci il ərzində beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtomobil daşıyıcılarına 60243 ədəd "İcazə" blankının verilməsi nəticəsində dövlət büdcəsinə 2,2 mln. manat dövlət rüsumu ödənilib.

Bundan başqa, ötən il Azərbaycan ərazisindən keçərək beynəlxalq nəqliyyat dəhlizlərindən 132248 xarici avtonəqliyyat vasitəsi istifadə edib.

"İl ərzində 16228 ədəd şəhərdaxili, 18940 ədəd şəhərlərarası, 12964 ədəd taksi xidməti üzrə, 72581 ədəd yükdaşıma, 3587 ədəd sifarişlə fərqlənmə nişanı və 5555 ədəd xüsusi fərqlənmə nişanının verilməsi nəticəsində dövlət büdcəsinə 2,9 mln. manat dövlət rüsumunun ödənilməsi təmin edilib", - deyə sənəddə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR