"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarı güclü haker hücumuna məruz qalıb

"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarı güclü haker hücumuna məruz qalıb
# 27 iyul 2017 07:34 (UTC +04:00)

İtaliyanın "UniCredit" bankının 400 min müştərisinin hesabı haker hücumuna məruz qalıb.


"APA-Economics" bankın yaydığı məlumata istinadən xəbər verir ki, hakerlər müştərilərin məlumatlarını ələ keçirməyi bacarıb.


"Haker hücumları 2016-cı ilin sentyabr və oktyabr, 2017-ci ilin iyun aylarında baş verib. Kiberhücumun fəsadları aradan qaldırılır. Bank hücumun IBAN nömrələrinə və müştərilərin digər şəxsi məlumatlarına hər hansı təsirin olub-olmamasını araşdırır", - deyə bankın açıqlamasına bildirilir.


Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "Unicredit" və "Yapı Kredi Bankası A.Ş."-nin törəməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR