Klublar Komitəsinin yeni sədri müəyyənləşib

Klublar Komitəsinin yeni sədri müəyyənləşib
# 15 mart 2018 09:52 (UTC +04:00)

AFFA Klublar Komitəsinin (KK) yeni sədri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, buna komitənin bu gün keçirilən iclasında aydınlıq gəlib.

KK üzvləri yekdilliklə “Neftçi”nin yeni prezidenti Kamran Quliyevi rəhbər seçiblər. Bununla o, ikinci dəfə komitənin sədri vəzifəsinə layiq görülüb.

Quliyev bu postda “Neftçi”nin sabiq prezidenti, klubdan ayrılan Orxan Hüseynzadəni əvəzləyib.

Qeyd edək ki, Klublar Komitəsinə Orxan Hüseynzadədən əvvəl Tuyqun Nadirov, Fikrət Hüseynov və Kamran Quliyev rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR