Gömrükçülər soyuq silahın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrükçülər soyuq silahın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb
# 07 aprel 2018 08:49 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR