ABŞ-ın sabiq naziri: " III Dünya Müharibəsi çox yaxındadır"

ABŞ-ın sabiq naziri: " III Dünya Müharibəsi çox yaxındadır"
# 20 noyabr 2017 08:01 (UTC +04:00)

“III Dünya Müharibəsi çox yaxındadır və bunun başlanğıc nöqtəsi İran olacaq”.

APA-nın “TürkiyeGazetesi”-nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın sabiq xarici işlər nazirlərindən Henri Kisinqer deyib.

H.Kisinqerin sözlərinə görə, dünya müharibəsinin siqnallarını eşitməyənlər kardır.

ABŞ-ın hazırda Çin və Rusiyanı aldatdığını iddia edən H.Kissinqer deyib ki, ABŞ Çinin hərbi gücünü artırmasına və Rusiyanın da Sovetlər Birliyi dağılandan sonra o ölkələrə saxta hegemonluq hissini verdi: “Bu, onlar üçün daha sürətli ölüm olacaq. Yaxınlaşan müharibə o qədər güclü olacaq ki, sadəcə bir super güc qalib olacaq, o da ABŞ olacaq. Düşünürəm ki, Avropa Birliyi də artıq bu böyük hesablaşmadan xəbərdardır və sürətli bir şəkildə tək dövlət olmaq üçün tələsir. Orduya strateji tədbirlərdən dolayı 7 Yaxın Şərq ölkəsinin nəzarətinin bizdə olmasını tapşırmışıq. Çünki o ölkələrdə yanacaq və digər iqtisadi qaynaqlar yerləşir. İndi tək addım qaldı: İranı vurmaq. Böyük Rus ayısı və Çin yuxudan oyanacaq və ardından İsrail bütün silahları ilə öldürə bildiyi qədər ərəb öldürəcək. Ümid edirəm, hər şey yolunda gedər və Yaxın Şərqin yarısı İsrailin olar. Əsgərlərimiz qaydalara əməl edəcək və müsəlmanları külə döndürəcək. Küçələrdə çılğın rus və çinlilərlə döyüşəcək”.

Yeni bir dünya yaradılmasının vacibliyini vurğulayan Kisinqer deyib ki, sadəcə bir ədəd super güc olmalıdır: “ Qazanan qlobal bir hökumət olacaq. Unutmayın ki, ABŞ ən yaxşı silahlara sahib və heç bir yerdə olmayan hərbi heyət bizdədir. Zamanı gəldiyində bu silahları dünyaya tanıdacayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR