DİN: Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib

DİN: Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib
# 16 oktyabr 2017 10:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb.

Döş qəfəsində bıçaq xəsarəti olduğu üçün o da xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR