İşdən çıxarılan həkim məhkəməyə müraciət edib

İşdən çıxarılan həkim məhkəməyə müraciət edib
# 23 yanvar 2018 13:57 (UTC +04:00)

İşdən çıxarılan həkim çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq ağciyər vərəmi şöbəsinin həkimi kimi çalışmış tibb elmləri namizədi Səbinə Məmmədova iddia ərizəsində işə bərpa olunmasını tələb edir. İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib.

Məlumata görə, video yayılandan sonra, yanvarın 13-də Səbinə Məmmədova işdən azad edilib. Onun əmək intizamını pozduğu bildirilir.

S.Məmmədova xəstənin vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə günahlandırılır.

S.Məmmədova isə həmin uşağın onun xəstəsi olmadığını iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR