Britaniya şirkətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşına hökm oxunub

Britaniya şirkətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşına hökm oxunub
# 06 dekabr 2017 12:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, iclasda hökm oxunub. Hökmə əsasən, F. Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

F. Əfəndiyev mənimsəmə və digər cinayətlərdə ittiham edilib. Onun barəsində cinayət işinin başlanmasına "Amec plc" şirkətinə məxsus üç şirkətin - Amec MMC, AMEC Resources Limited və AMEC Services Limited şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.


İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR