Bakı-Böyük Kəsik istiqamətində 200 km-ə qədər yol əsaslı təmir edilib

Bakı-Böyük Kəsik istiqamətində 200 km-ə qədər yol əsaslı təmir edilib
# 27 dekabr 2016 08:27 (UTC +04:00)

Bakı-Böyük Kəsik istiqamətində Ləki-Malay mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 198 km dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR