Masallıda təndirxana, Goranboyda taxta sexi yanıb

Masallıda təndirxana, Goranboyda taxta sexi yanıb
# 23 iyul 2017 00:52 (UTC +04:00)

Masallı və Goranboyda yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Masallının İsgəndərli kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m2 olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha biçilmiş taxıl sahəsi yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan taxta sexinin tavanı 10 m2 sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR