Sumqayıtda 5 gün əvvəl piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Sumqayıtda 5 gün əvvəl piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 13 yanvar 2020 13:01 (UTC +04:00)

Sumqayıtda qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR