Leyla Şıxlinskayanın əmlakını mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub

Leyla Şıxlinskayanın əmlakını mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub
# 22 fevral 2019 10:17 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi Leyla Şıxlinskayanın Klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində şərti cəza təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttihama görə, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunublar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.

İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR