Bank Of Baku

DİN: Uşaqların salfetin içində narkotik satması iddiaları yalandır - YENİLƏNİB - VİDEO

DİN bina

© APA | DİN bina

# 09 fevral 2022 17:59 (UTC +04:00)

Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Məlumata görə, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxsin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub. Məlumata görə, həmin şəxs etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.
İddialarla bağlı araşdırmalar davam etdirilir.

***

17.25

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə uşaqların küçədə salfetin içərisində narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlərlə bağlı məlumatlıdırlar. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə uşaqların küçədə salfetin içində narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb. Kamran adlı bir şəxs küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb. Araşdırma zamanı həmin salfetin içində narkotik vasitə olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR