Aşura ilə əlaqədar qanvermə aksiyasında iştirak edən bəzi insanların səhhətində problemlər aşkarlanıb

Aşura ilə əlaqədar qanvermə aksiyasında iştirak edən bəzi insanların səhhətində problemlər aşkarlanıb
# 02 oktyabr 2017 10:59 (UTC +04:00)

Aşura ilə əlaqədar qanvermə aksiyasında iştirak edən bəzi insanların səhhətində müəyyən problemlər aşkarlanıb.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlamasında deyib ki, həmin şəxslər arasında hemoqlobin səviyyəsi aşağı, təzyiqin aşağı və ya yuxarı olan, yeni əməliyyat olunan, yeni insult keçirənlər olub.

Z. Əlimirzəyeva qeyd edib ki, onlar donor kimi qanvermə aksiyasına cəlb edilməyib. Onun sözlərinə görə, qanvermə aksiyalarında götürülən qan sonrakı mərhələdə Mərkəzi Qan Bankına göndərilir və orada qanda infeksiyaların olub-olmadığı yoxlanılır: “Bununla bağlı ümumi nəticələr gələn həftə məlum olacaq. Ümumilikdə Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb”.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Aksiyalar ölkənin 17 məscidində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR