Gürcüstanlı nazir Ermənistanda gürcü abidələrinin vəziyyəti ilə tanış olacaq

Gürcüstanlı nazir Ermənistanda gürcü abidələrinin vəziyyəti ilə tanış olacaq
# 19 sentyabr 2017 17:10 (UTC +04:00)

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzenin başçılıq etdiyi nümayəndə heyəti 20-22 sentyabr tarixində Ermənistana rəsmi səfər edəcək.

APA-nın yerli bürosunun Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir Ermənistanda olan Gürcüstanın mədəni irs abidələri - Axtala və Odzun monastrlarının vəziyyəti ilə tanış olacaq.

M. Giorqadze erməni həmkarı ilə görüşdə mədəni irs abidələrinin mühafizəsi və qorunması sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Nazirin bütün ermənilərin katalikosu II Qareginlə də görüşü planlaşdırılıb.

Qeyd edək ki, Ermənistan Axtala və Odzun monastrlarında gürcü dilində yazılar və freskaların olmasına baxmayaraq, erməni abidələri olduğunu iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR