Xələf Xələfov: "Türkmənistanla Xəzərin delimitasiyasına dair razılıq əldə etməyə yaxınıq"

Xələf Xələfov: "Türkmənistanla Xəzərin delimitasiyasına dair razılıq əldə etməyə yaxınıq"
# 10 may 2018 15:22 (UTC +04:00)

"Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır. Bunun üzərində iş davam edir".

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib: "Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR