Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib
# 19 sentyabr 2017 15:35 (UTC +04:00)

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib.

İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən natiq dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını qeyd edib. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Tədbirdə daha sonra bəstəkarın zəngin irsinə dair - “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, “Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” mövzusunda elmi məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR