Mahmud Abbas xəstəxanadan evə buraxılıb

Mahmud Abbas xəstəxanadan evə buraxılıb
# 29 may 2018 02:09 (UTC +04:00)

Fələstin lideri Mahmud Abbas xəstəxanadan evə buraxılıb.

APA-nın məlumatına görə, bu barədə ABC xəbər verib.

Məlumata əsasən, M.Abbas mayın 28-də xəstəxananı tərk edib.

“Şükür Allaha, bu gün xəstəxanadan evə buraxıldım. Hazırda sağlamam və sabahdan iş başında olmağı planlaşdırıram”, deyə Fələstin lideri bildirib.

83 yaşlı Fələstin lideri mayın 20-də xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb kimi onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətinin pisləşməsi göstərilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR