AİB-ə yeni prezident seçilib

AİB-ə yeni prezident seçilib
# 02 dekabr 2019 13:06 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) İdarə Heyəti Masatsuku Asakavanı yekdilliklə bankın yeni prezidenti seçib.

APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, 61 yaşlı M. Asakava hazırda Yaponiyanın Baş və Maliyyə nazirlərinin xüsusi məsləhətçisi vəzifəsində çalışır. O, AİB-in prezident öhdəliklərini 17 yanvar 2020-ci ildə qəbul edəcək. M. Asakavanı bu postda Takehiko Nakaonu əvəz edəcək.

Təxminən 40 illik karyerası boyunca M. Asakava Yaponiya Maliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrdə, o cümlədən beynəlxalq maliyyə işləri üzrə nazir müavini vəzifələrində çalışıb və inkişaf siyasətində, valyuta bazarlarında və beynəlxalq vergi siyasətində müxtəlif peşəkar təcrübə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR