Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub

Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub
# 16 oktyabr 2016 18:42 (UTC +04:00)

Bakı-APA. Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.

APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.

Nəticələri ləğv olunmuş məntəqələrdə təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə 36, 22 və 48 saylı seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə beş seçki məntəqəsində majoritar və bələdiyyə seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR