Palata: Bank-sığorta sektoru istisna olmaqla iqtisadiyyatın digər sahələrində daxili audit çox zəif yayılıb

Palata: Bank-sığorta sektoru istisna olmaqla iqtisadiyyatın digər sahələrində daxili audit çox zəif yayılıb
# 20 dekabr 2016 06:24 (UTC +04:00)

"Monitorinq subyektləri üçün təlim strategiyasının və ona uyğun təlim proqramlarının hazırlanması və icrası məqsədilə tədbirlərin görülməsi onların potensialının gücləndirilməsi ilə bərabər peşəkarlıq, obyektivlik və müstəqillik kimi prinsiplərin reallaşdırılmasına zəmin yaratmış olacaq. Monitorinq subyektlərinin daxili nəzarət sisteminin gücləndirilməsi üzrə tədbirlərin görülməsinə, qanunvericiliyin tələblərinə uyğun olaraq PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqinə metodiki dəstəyin təmin edilməsinə Milli Fəaliyyət Planında xüsusi yer ayrılıb. Bu onunla izah olunur ki, Azərbaycanda daxili nəzarətin və auditin inkişafı istiqamətində son illər müəyyən nailiyyətlər əldə olunmasına baxmayaraq, bir sıra problemlər də mövcuddur". "APA-Economics" xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, məhz bu problemlərin həll edilməməsi daxili nəzarətin səmərəli fəaliyyətinə imkan vermir: "Bu da öz növbəsində şəffaflığın təminatı və idarəetmənin səviyyəsinin yüksəldilməsi sahəsində ciddi uğurlar əldə edilməsində çətinliklər yaradır.

Mövcud problemlər sırasına ilk növbədə ölkədə daxili nəzarətin və daxili auditin təşkili üzrə müvafiq konsepsiyanın və metodik təminatın olmamasını aid etmək olar. Bir sıra hallarda daxili nəzarət yoxlamaları heç bir plana əsaslanmayan pərakəndə qaydada aparılır. Belə yoxlamaların səmərəsi ola bilməz. Daxili nəzarət və audit sahəsində mövcud problemlərdən bəhs edərkən qeyd etmək lazımdır ki, bank və sığorta sferaları istisna olmaqla iqtisadiyyatın digər mühüm sahələrində daxili audit çox zəif yayılıb. Milli Fəaliyyət Planında ehtiva olunmuş PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üçün daxili audit yoxlamalarının nəticələrinin qiymətləndirilməsi tapşırığının icrası bu istiqamətdə vəziyyətin kökündən dəyişməsi üçün bir əsas olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR