Lənkəranda ev yanıb - VİDEO

Lənkəranda ev yanıb - <span style="color: red;">VİDEO
# 09 avqust 2015 15:58 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda fərdi evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 9-da günorta saatlarında rayonun Ürgə kənd sakini, 1979-cu il təvəllüdlü İlyas Nurəddin oğlu Kazımova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə səfərbər olunmuş 2 yanğınsöndürən maşının və canlı qüvvənin operativ müdaxiləsindən sonra yanğın söndürülməklə onun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 143 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağı içindəki əşyalarla birlikdə və dam örtüyü 25 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdrma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR