Qəbələdə Dünya Kuboku yarışlarında Çin idmançısı komandasının 3-cü qızıl medalını qazanıb - FOTOSESSİYA - VİDEO

 Qəbələdə Dünya Kuboku yarışlarında Çin idmançısı komandasının 3-cü qızıl medalını qazanıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 11:54 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 11-də qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi keçirilib. Yarışda Çin və Rusiya idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Çin idmançılarından ikisi mükafat qazanıb. Yarışda Cao Lijia (Çin) komandasına üçüncü qızıl medalı qazandırıb. Vitalina Batsaraşki (Rusiya) ikinci, Zanq Jinqinq (Çin) üçüncü, Olena Kostevyiç dördüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Çin idmançıları bu yarışlarda artıq 5 medal qazanıblar.

Qeyd edək ki, 4 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 12 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələdəki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Atıcılığın 17 növ üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR