Abşeronda bıçaqlanma hadisəsi baş verib

Abşeronda bıçaqlanma hadisəsi baş verib
# 27 avqust 2015 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Abşeronda bıçaqlanma hadisəsi törədən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Abşeron rayonunun Nübar qəsəbəsindən Xırdalan şəhər sakini Zaur Mədətov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini İsmayıl Nəsibov tutulub.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR