Tiflisdə partlayış nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti ağırdır

Tiflisdə partlayış nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti ağırdır
# 14 iyul 2015 20:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda 2 gənc qız Tiflisdəki Milli Cərrahiyyə Mərkəzinə gətirilib. Onların ikisinin də vəziyyəti ağırdır. Gənc qızlardan biri yaxın vaxtlarda Yanıq Mərkəzinə yerləşdiriləcək. Bu barədə Gürcüstanın səhiyyə naziri David Serqeenko jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, həkimlər onların həyatlarını xilas etmək üçün əllərindən gələni edirlər. “Bundan başqa bir nəfər hamilə qadının da vəziyyəti pisləşib", deyə səhiyyə naziri bildirib.

Məlumata görə, hadisə yerində Tiflis fövqəladə hallar departamentinin xilasediciləri çalışırlar.

Xatırladaq ki, bu gün Tiflisin Qldani massivinin 6-cı mikrorayonunda yaşayış binasının ikinci korpusunda baş vermiş güclü partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR