Yol polisi Ucarda reyd keçirib - VİDEO

Yol polisi Ucarda reyd keçirib - <span style="color: red;">VİDEO
# 26 iyul 2015 10:16 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda yol polisi reyd keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar Rayon Polis şöbəsinin yol polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı yol polisi əməkdaşları tərəfindən 60-a yaxın sürücü saxlanılıb.

Onlardan əsasən avtomobilin texniki baxışdan keçirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, əlavə avadanlıqlar quraşdıran və polisin qanuni saxla əmrinə tabe olmayan ümumilikdə 30-a yaxın sürücü barədə protokol tərtib edilib.

Ucar rayon yol polisinin rəisi Ruslan İsayev APA-ya açıqlamasında qeyd edib ki, əvvəlki aylara nisbətən budəfəki reyd zamanı qanuni pozan daha az sürücüyə rast gəlinib.

Buna da səbəb yol polisi əməkdaşlarının rayon ərazisində mütəmadi olaraq reydlər keçirməsidir. R. İsayev bu cür reydlərin davam etdiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR