"Ziraat Bank Azərbaycan" biznes proseslərini avtomatlaşdırır

"Ziraat Bank Azərbaycan" biznes proseslərini avtomatlaşdırır
# 30 iyun 2015 07:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ötən həftə, Azərbaycanda yeni fəaliyyətə başlamış "Ziraat Bank Azərbaycan" ASC və "Elektron hökumət" portalının əməkdaşları arasında görüş keçirilib.

Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda portalın imkanları haqda danışılıb, bank nümayəndələrinə portalın imkanları barəsində əyani məlumat verilib.

Müzakirə zamanı "Ziraat Bank Azərbaycan" ASC-dən bundan sonra portalın texniki imkanlarından istifadə edərək bir çox əməliyyatların avtomatik icrasını portal vasitəsilə təmin etmək niyyəti bildirilib. Bu əməkdaşlıq əlavə vaxt itkisi, məlumatları əl ilə daxil edərkən yol verilə biləcək səhvlərin qarşısını almaqla yanaşı, biznes proseslərin belə avtomatlaşdırılması zərurətini ortaya çıxarıb.

Bununla bağlı olaraq, bankın fəaliyyətində operativliyi və etibarlılığı təmin etmək məqsədilə portalın imkanlarından istifadə üçün birgə əməkdaşlığa başlanılması təklif olunub. Əlavə olaraq, görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb.

Qeyd edək ki, hal-hazırda portalın operatoru tərəfindən sahibkarlara öz biznes fəaliyyətlərinin avtomatlaşdırılması üçün bir çox imkanlar yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR