Con Kerri məşhur bankın Məşvərət Şurasına rəhbərlik edəcək

Con Kerri məşhur bankın Məşvərət Şurasına rəhbərlik edəcək
# 05 oktyabr 2017 03:14 (UTC +04:00)

ABŞ-ın sabiq dövlət katibi Con Kerri “Bank of America”-nın qlobal Məşvərət Şurasına rəhbərlik edəcək.

APA-nın məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb.

“Şuramız bir sıra məsələləri təhlil edəcək, dünya ictimaiyyətinin gələcəyini müəyyənləşdirən hadisələrə öz rəyini təqdim edəcək”, deyə C.Kerri bildirib.

“Financial Times”-ın yazdığına görə, ildə azı iki dəfə toplanan Məşvərət Şurasının gündəminə iqtisadi, siyasi və biznesin inkişafı məsələləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR