"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb

"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
# 26 noyabr 2019 09:09 (UTC +04:00)

Azərbaycanın “Sabah” Futbol Klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, komandanı bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven”, “Lokomotiv”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiv” klubunda (2011/12) başlayıb. Burada köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və Zaqreb “Dinamo”sunun B (2015/16) və əsas (2016/17) komandasında baş məşqçi, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.

“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Qeyd edək ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR