Bank Of Baku

Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 17 iyun 2026 20:42 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail tərəfinə təqdim edib.

APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu sazişin açıqlanması məqsədəuyğundur. Biz onun surətini İsrailə göndərmişik. Onlar bizim yaxşı tərəfdaşımızdır”, – deyə

O əlavə edib ki, İranla bazar günü əldə olunan razılaşma yaxın vaxtlarda imzalana bilər.

“Mümkündür ki, sabah, yaxud bir gün sonra imzalansın”, – deyə ABŞ Prezidenti qeyd edib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR