ABŞ prezidenti Donald Tramp Oval kabineti tarixi abidə elan edən sərəncam imzalayıb.
APA xəbər verir ki, sənədə əsasən, gələcək administrasiyalar kabinetdə və Ağ Evdəki Nazirlər Kabinetinin iclas zalında əsaslı dəyişiklikləri yalnız Konqresin razılığı ilə edə biləcəklər.
Tramp bildirib ki, bu otaqların tarixi abidə statusu alması ilə bağlı sənədlər hüquqi qüvvəyə mindikdən sonra onların görünüşünü əsaslı şəkildə dəyişmək mümkün olmayacaq.
ABŞ liderinin sözlərinə görə, müvafiq tədbirlər hələ Konqres tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Trampın prezidentliyi dövründə Oval kabinetin interyeri, o cümlədən qızılı bəzək elementləri hesabına əhəmiyyətli dərəcədə yenilənib.