Azərbaycanın müdafiə naziri Böyük Britaniya səfiri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Böyük Britaniya səfiri ilə görüşüb
# 03 sentyabr 2015 14:45 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 3-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda nazir Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR