Bank Of Baku

Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 12 iyun 2026 17:53 (UTC +04:00)

İranın saxta xəbərlər yayan mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onların dedikləri, o cümlədən razılaşmanın əldə edildiyi ilə bağlı zəif və aciz bəyanatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlarla xoş niyyət əsasında danışıqlar aparmaq mümkün deyil”, - ABŞ lideri qeyd edib.

Eyni zamanda Tramp İranın Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücumunu da pisləyib: “Ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tam dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar tez bir zamanda özlərini ələ almalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR