Bank Of Baku

Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib

Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib
# 12 iyun 2026 15:09 (UTC +04:00)

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR