“İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək qərarı danışıqların bütün gedişatını dəyişdirər və ABŞ ilə razılaşmanın qarşısını alardı.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
"Bu, mənim üçün qəbuledilməz olardı. Çünki bizim çoxlu boğazlarımız var və əgər siz bunu onlar üçün etsəydiniz, onda eyni addımı digərləri üçün də atmalı olardınız", - Tramp bildirib.