Bank Of Baku

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib - YENİLƏNİB

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib - YENİLƏNİB
# 04 noyabr 2026 23:42 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib və onun işini yaxşı yerinə yetirdiyini deyib.

APA xəbər verir ki, Tramp Heqsetin vəzifəsində yaxşı fəaliyyət göstərdiyini qeyd edib.

O, həmçinin Heqsetin Respublikaçı senator Marşa Blekbernin yerini tuta biləcəyini və bu vəzifədə çox populyar olacağını bildirib.

Xatırladaq ki, “CBS News” Trampın köməkçiləri ilə Heqsetin mümkün istefasını müzakirə etdiyi barədə məlumat yayıb.

***

22:47

ABŞ prezidenti Donald Tramp köməkçiləri ilə Pentaqon rəhbəri Pit Heqsetin mümkün istefasını müzakirə edir.

Bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp müşavirlərindən Konqresə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmamalı olduğunu soruşur. Bununla belə, Tramp hələlik Pentaqon rəhbərinin dəyişdirilməsi ilə bağlı yekun qərar verməyib.

Kanal qeyd edir ki, demokratlar hələ seçkilərdən əvvəl Heqsetin vəzifəsindən uzaqlaşdırılmasına çalışırdılar. Konqresin hər iki palatasına nəzarətin demokratlara keçməsi ilə bu cəhdlərin intensivləşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR